“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” – Könül Xasıyeva
30 İyun 2022 15:07
Suriyada fəaliyyət göstərən YPG/PYD terror təşkilatındakı erməni terrorçularından ibarət batalyon işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gətirilib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.
Qeyd olunur ki, 250 nəfərdən ibarət erməni terror batalyonu iki il əvvəl yaradılıb və Suriyanın şimalında hazırlıq keçib.
Məlumata əsasən YPG düşərgələrində Suriya ermənilərindən ibarət daha iki terror batalyonu fəaliyyət göstərir.
Türkiyə mətbuatında dərc olunan bu məlumatlar onu göstərir ki, hərbi cinayətkar Nikol Paşinyanın rejimi Ermənistanın danışıqlara hazırlığı barədə açıqlamalar verməklə, əslində Azərbaycana qarşı yeni genişmiqyaslı təcavüzə hazırlıq aparır.
Oxuməni.az