
“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır
14 Noyabr 2022 10:19
ABŞ Talibandan paytaxt Kabildəki Amerika səfirliyinə hücum etməmək üçün zəmanət istəyib.
Mediainfo.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.
ABŞ-ın iki yüksək rütbəli şəxsinin Kabili ələ keçirəcəyi ehtimal edilən Talibanla əlaqə quraraq paytaxtdakı Amerika səfirliyinə hücum etməyəcəyinə dair zəmanət almağa çalışdıqları bildirilib.
Əlaqənin ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın vasitəçiliyi ilə qurulduğu iddia edilib.
Məqalədə Taliban liderinin ölkənin qanuni nümayəndəsi kimi görünmək istədiyi və iqtisadi dəstək almaq üçün Rusiya və Çin də daxil olmaqla digər qlobal güclərlə əlaqələr qurmağa çalışdığı vurğulanıb.