“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır
14 Noyabr 2022 10:19
Şərqi Azərbaycan əyalətinin Miyanə rayonunun Bulukan kəndinin əhalisi ilə hökumət məmurları arasında toqquşma baş verib.
Mediainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, insidentə səbəb kəndlilərə məxsus su paylarının hökumət tərəfindən qarşısının alınması olub.
Quraqlıq və yağıntıların az olduğundan içməli suyun təmini və əkin sahələrinin suvarılmasında çətinlik çəkən kəndlilər onlara məxsus su payının verilməməsindən narazılıqlarını bildiriblər.
Kəndə xüsusi polis qüvvələri yeridilib. Onlar güc tətbiq edərək əhalini ərazidən uzaqlaşdırmağa çalışıblar.