“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır
14 Noyabr 2022 10:19
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Entoni Blinkenin görüş təklifini qəbul etdiyi açıqlanıb.
Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Dövlət katibi Blinken BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib ki, gələn həftə Avropada Xarici İşlər naziri Lavrovla görüşməyi təklif edib, çünki bu böhranı həll etməyin yeganə yolunun diplomatiya və dialoq olduğuna inanırıq. Ruslar gələn həftənin sonuna doğru keçirilməsi təklif edilən görüşə müsbət cavab verdilər. Biz də Rusiyanın Ukraynanı müdaxilə etməməsi şərti ilə bunu qəbul etdik. Əgər yaxın günlərdə işğala əl atsalar, diplomatiyaya heç vaxt ciddi yanaşmadıqları üzə çıxacaq”, - Prays söyləyib.