Soçi görüşü: Bakı, Moskva və İrəvan nə əldə etdi?

Soçi görüşü: Bakı, Moskva və İrəvan nə əldə etdi?

Soçi görüşünün yekun bəyanatını üç istiqamətdə dəyərləndirmək olar.

Birincisi, Rusiyanın əldə etdiyi nəticədir:

- Moskva təşəbbüsü yenidən ələ alır;

- Sülh sazişinin imzalanmasına hazırlıq prosesində özünə yer edir;

- Həm iki ölkənin ictimaiyyəti, həm parlamentləri arasında, o cümlədən, humanitar məsələlərdə vasitəçilik etməklə rolunu gücləndirir;

- Vasitəçilik etdiyi 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını bir daha aktuallaşdırır;

- Və bölgədə Qərbin önünə keçmək addımı atır.

İkincisi, Azərbaycanın əldə etdiyi nəticədir:

- Bakının gündəliyi aktuallığını qoruyur;

- Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir: bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır;

- Görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi “15 bəndlik rus planı”nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipinin fundamentallığını qoruyur;

- Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır: bu, erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir;

- Ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması ilə Qərbdə qəbul edilən mövqeyini Rusiya masasında bir daha təsdiq edir.

Üçüncüsü, Ermənistanın əldə etdiyi nəticə, daha doğrusu, İrəvanın görüşdən qazancsız qayıtmasıdır, xüsusilə Paşinyanın prosesləri Bakının əleyhinə çevirmək gedişlərinin işə yaramaması fonunda.

Sənəddə Praqa bəyanatında əksini tapan məqamın - “bütün problemli məsələlər BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə uyğun həll etmək” qeydinin təkrar vurğulanması diqqət çəkir. Və Ermənistan Alma-Atı bəyannaməsinin üzərində “iki ölkə ərazi bütövlüyünü 1991-ci ildə qarşılıqlı tanıyıb” iddiasını davam etdirmək, “sərhədi SSRİ dağılanda mövcud inzibati xətlərlə müəyyən etmək”, “Qarabağı hüquqi məsələ” kimi saxlamaq məqsədilə dayanır, hərçənd, BMT Nizamnaməsinin - ərazi bütövlüyünün ön planda olması, eləcə də “Alma-Atı bəyannaməsinin formal xarakter daşıması” bunu sual altına salır. Bu məqamın qeyd olunması Paşinyanı “nəticəsiz yola salmamaq” məqsədi də daşıya bilər.

Lakin “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydi ilə Bakı ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin önə çıxarılması, Brüssel formatının alternativ kimi qalması və sülh müqaviləsinə beynəlxalq zəmanətin əldə edilməsi hədəfinə də oynayır.

Bəynatın yekun nəticəsi Azərbaycanın maraqlarına uyğundur, xüsusilə ərazi bütövlüyünün tanınması və Qarabağ məsələsinin arxa plana keçirilməsi baxımından.Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az