
Xəstə oxucumuz imkanlı adamlardan kömək diləyir
25 Avqust 2020 16:09
Olmur
Zorda həqiqət yox, kor gözdə işıq,
Zülmətdə axtarma yersiz yaraşıq.
Əzilmiş sümük də bitsə yapışıq,
Sınmış qəlb yarasın sarımaq olmur.
Yanaram oduna mənə yananın,
Yox olur ümidi çox vaxt gümanın.
Heyf ki, belədir hökmü zamanın,
Ötən hər xoş günü qaytarmaq olmur.
Nə çoxdur cahanda arzu-diləklər,
Şad olmaq istəyən qəmli ürəklər.
Olsa da yanında huri-mələklər,
Cavanlıq yaşını saxlamaq olmur.
Yox əlacı bircə ölüm sözünə,
Bir alovdur, alışırıq közünə.
Elə öyrədibdir həyat özünə,
Bu gözəl dünyadan heç doymaq olmur.
İsa Rəvan