Müğənni Aytac Vidadiqızı da boşanma qərarı alıb.
Mediainfo.az xəbər verir ki, bir müddət əvvəl türk həyat yoldaşı Can Bekirlə ayrı yaşadıqlarını deyən ifaçı məhkəməyə boşanma ərizəsi verdiyini söyləyib. Bu haqda o, "Elgizlə izlə" proqramında danışıb.
"Öz aramızda bu məsələni danışmışıq. Boşanma davam edir. İşimiz məhkəmədədir. İstəyirəm ki, tam boşanma prosesi bitsin, daha sonra açıqlama verim" deyə, Aytac söyləyib.
Qeyd edək ki, Aytacın həyat yoldaşı uzun müddətdir Amerikadadır. cütlüyün iki övladı var.
Onu da əlavə edək ki, bu günlərdə müğənni Aysun İsmayılova həyat yoldaşı Eşqindən, Mina Hüseyn əri Sərxandan, Oksana Rəsulova və Şəhriyyar Əbilov cütlüyü ayrılıb.