"Jony" ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin sosial şəbəkə hesabındakı paylaşımına yazdığı "Səndən uşaq istəyirəm" şərhi ilə gündəmdən düşməyən ifaçı Olqa Buzova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Mediainfo.az xəbər verir ki, sənətçi iştirak etdiyi "Zhara Cool Fest" musiqi festivalında həmkarı "Jony"dən danışıb.
"Jony"ni görəndə hər zaman ona deyirəm ki, "Səndən uşaq istəyirəm". Amma o bunu ciddi qəbul etmir", - deyə Olqa bildirib.
Ailə qurmağa hazırlaşdığını bildirən O.Buzova evlənəcəyi bu şəxsin çoxlarının düşündüyü kimi "Jony" deyil, varlı iş adamının olduğunu dilə gətirib.
"Həmin şəxs varlı birisidir. Baxmayaraq ki, mənim üçün əsas daxili sərvətimdir. Ancaq hər halda, kişi imkanlı olmalıdır, çünki əgər o işləmirsə, ailəsini dolandırmaq imkanı olmayacaq, bu da "işsiz" deməkdir. Mən ailə quracağam və hələki hamilə deyiləm", -deyə Buzova bildirib.Bizim media