Həyat 40 yaşından sonra başlayır: Xəyanəti heç vaxt bağışlamıram - Tünzalə Ağayeva

Həyat 40 yaşından sonra başlayır: Xəyanəti heç vaxt bağışlamıram - Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayevanın 46 yaşı tamam olub.

Mediainfo. az xəbər verir ki, ifaçı “Səhərin səsi” proqramında olarkən yaşla bağlı insanlarda yaranan tərəddütlərə aydınlıq gətirib:

“İnsanlarda rəqəmə ilişib qalmaq var. Deyirlər, 40 yaşım var, indi nə edəcəyəm? Həyat 40 yaşından sonra başlayır".

Şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən müğənni xəyanətə uğradığını etiraf edib:

“Xəyanəti bağışlamaram. Hamı kimi. Xəyanətini gördüyüm insanı dərhal kəsib atıram. İzahat belə vermədən. Mən də xəyanətə uğramışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm. Məndən istifadə edənlər həyatımda yoxdur”.

T.Ağayeva qızı Fidanla münasibətləri haqqında da söhbət açıb:

“Uşaqlarımızın həyatını uğurlu görmək istəyirik. Analarla qızları qəribə əlaqədə olur. Bəzən ananın taleyini qızı daşıyır. Özümdəki boşluqlar barədə ona məlumat verirəm. Qızımı başa salmışam ki, ləyaqətini üstün tutsun. Tez təsir altına düşən deyil, xarakterlidir. Hətta sözümüz də üst-üstə düşmür. Lakin məndən örnək götürür.

Qızıma heç vaxt qadağalar qoymamışam. Onun yaşına xas olmayan hərəkətlər edərsə, bunu söyləyərəm. Hər zaman sərbəst olub. 7 ildir İstanbulda yaşayır. Özü təəccüblənmişdi ki, tək övladınam, necə xaricdə oxumağa icazə verirsən. Qızıma bir söz vermişdim, amma yerinə yetirmədim. Demişdim ki, hər ay yanına gələcəyəm. Amma alınmır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az