Könül Kərimova atasından danışıb kövrəldi - Video

Könül Kərimova atasından danışıb kövrəldi - Video

"Heç zaman payız fəslini sevməmişəm. Payız gələndə çox həssas, kövrək oluram. Atamın nazik üst geyimi var idi. Ağlım kəsəndən bəri onu qalın geyimdə heç görmədim. Atam işə gedəndə onun arxasıyca baxırdım, soyuqdan üşüdüyünü hiss edirdim. Ən əsası da küləyi sevmirəm".

Mediainfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 canlı" proqramında deyib. Atasından danışan müğənni kövrəlib:

"Atam hər zaman deyirdi ki, Könül mənim qızım yox, oğlumdur. Gələndə, gülə-gülə deyirdi ki, oğlum gəldi. Atam bizi nədənsə, korluq çəkməyə qoymayıb. Biz varlı yox, kasıb ailə olmuşuq. Nə olmağından aslı olmayaraq, atam çalışıb ki, qarnımız tox olsun. Şair Nüsrət Kəsəmənlinin şeiri yadıma düşür, "Biri vardı, biri yox". Bizim də evdə "Biri vardı, biri yox". Atam yaşlananda artıq qazanc arxasıyca gedə bilmirdi. Hələ orta məktəbi bitiməmişdim. Gizli şəkildə toylara gedirdim. O zamanlar oxuyana pis baxırdılar, çalışırdım müəllimlər bilməsin.

Deyirdilər ki, səsə, tellərə çox ziyan olar və zədələnə bilər. Lakin çalışdım ailəmizə xüsusi ilə atama dəstək olum. Buna görə də, mənə deyirdi ki, qızım yox, oğlum var. Atam dünyasını dəyişdi. Amma şükürlər olsun ki, anam yaşayır. Arzu edirəm ki, anamın ömrü uzun olsun. O, mənə təsəllidir".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az