Toylar əvvəlki kimi olmasa da şükür ki, var. Əvvəl bu qədər oxuyan, müğənni yox idi axı! Ona görə də toylar bölüşdürülür. Yenə də min şükür, demək olar ki, hər gün toydayam. Bizdə qiymət də elə baha deyil. Nə yuxarıdır, nə də aşağı. Əsas odur ki, xalqın yadındayıq, bizi arayıb-axtarırlar, dəvət edirlər”
Mediainfo.az xəbər verir ki, bunu tanınmış müğənni Mənzurə Musayeva Moderator.az-a açıqlamasında deyib. O daha sonra əlavə edib. “Faytonçu Nazim toyların qiymətini qaldırmaq üçün maşınını dəyişib. Buna münasibətiniz necədir?” sualına isə Mənzurə Musayeva belə cavab verib. “Nazim maşınını hələ indi bahalı edir? Vallah bilmirəm, mənim Nazimə çox böyük hörmətim var. Maşınını bahalı etməsə də elə Nazim Nazimdir. Mən belə şeylərə önəm verməmişəm. Maşınım da bahalı olub, gücüm nəyə çatıbsa alıb sürmüşəm. Olar şan şöhrət istəyirlər yaxşı edirlər. Qoy etsinlər. Yəqin ki, bu toy işi bunu tələb edir. Baxma, müştəri ilə danışırlar, toyu götür-qoy edirlər” deyə müğənni bildirib. Müğənni şou-biznesdəki həmkarlarından da danışıb.
“Mən şou-biznesdə pis görməmişəm, hamısı yaxşıdır. Pis heç nə yoxdur. Hamı istəyir ki, gündəmdə olsun, mahnıları dillərə düşsün. Kimsə kimisə qınaya bilməz, doğru deyil. Bu şounun bir biznes tərəfi də var. Hamı pul qazanmaq istəyir. Ən gözəli budur da. Biz sənətə yeni gəldiyimiz illərdə heç kim bilmirdi ki, kimin nəyi var, nəyi yox? İndi yutub, sosial şəbəkələrdə hər şey göz önündədir. Yaxşı ediblər, əziyyət çəkib alırlar. Heç kim heç kimə elə-belədən gətirib heç nə vermir” Müğənni sosial şəbəkələrdən pul qazanmadığını bildirib. “Sosial şəbəkələrin biznes tərəfini heç vaxt fikirləşməmişəm. Yutubdan cüzi qazancım var, tik-tok və instaqramdan isə qətiyyən qazanmıram. Sosial şəbəkələrimi işçilərim işlədir, səhərdən-axşama qədər oturmuram. Mən yalnız rəylərə baxıram” deyə müğənni bildirib. Müğənni onun adından saytlarda yazılan “Alfons sevgilimi başqası ilə tutduğum üçün onu öldürdüm” başlıqlı yazılardan da danışıb. “Mən belə bir söz deməmişəm, adımdan yazıblar. Dünən bu yazını mənə yolladılar, məəttəl qaldım! Başım qarışıq olduğu üçün arxasınca düşə bilmədim. İndi o yazını yazanı axtarıram. Məndən icazəsiz və adımdan belə yalan yazıları kim yazır?! Ola bilsin ki, kimsə gündəmə gəlmək üçün yazıb. Alfons nədir, mən belə şeyləri hərləmirəm! Heç kim mənim adımın yanına ad qoya bilməz. Görürlər ki, Mənzurə heç kimə cavab vermir, başlayırlar yazmağa! İndi bu işləri məhkəmə ilə həll edirlər! Mən belə mövzularla heç vaxt gündəmə gəlmək istəmirəm, buna ehtiyacım yoxdur” deyə müğənni bildirib.