Niyam kassadan pul oğurlayaraq Bodrumdan Bakıya qaçıb?

Niyam kassadan pul oğurlayaraq Bodrumdan  Bakıya qaçıb?

Müğənni Niyam Salami və Samir Piriyevin Bodrumda qurduğu bizneslə bağlı söz-söhbət bitmək bilmir.

Oxuməni.az xəbər verir ki, "Onun sirri" proqramında Türkiyədə biznes açan ifaçıların yola getməməmsinin əsl səbəbi açıqlanıb.

"Dedi ki, iynə atsan yerə düşməz. Mən də getdim, iynəni görmədim, olmadı. Ya zaman bizi aldatdı, ya da bilmirəm. Gedəndə dostlarım dedi ki, getmə. Qonaqpərvər adamam, arzulayıram ki, balaca yerim olsun, musiqiçilər otursun. Ona görə də getdim restoran işlətməyə" deyə, Niyam söyləyib.

Məsələ ilə bağlı Axşam az-ın yazdığına görə, verilişdə bildirilib ki, Niyam restoran kassasından gizlincə pulları götürüb, Bakıya gəlib. "Bir neçə günlük qazancı götürüb qaçmısan" sualına ifaçı "Hansı pulu? Restoran açılmayıb, necə qaçdım?" cavabını verərək, əvvəlcə etiraz edib. Niyam daha sonra belə halın yaşandığını etiraf edib:

"Orada böyük xırdalıqlar var. Kişi arasında elə şeylər var ki, açmaq olmaz. Qardaşım orada pulsuz aşpaz işləyirdi. Dostlarım pulsuz fəhləlik etdilər. Gördüm ki, nələrsə məndən xəbərsiz baş verir, sakit hamısını götürdüm, qayıtdım. Amma gəlib hələ 2 min də cibimdən biletə pul verdim. Mən necə getməli idim? Oradan götürdüyüm pul heç min manat etmirdi".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az