"Kişilər bəhanələr gətirir. Hər şeyi qadının boynuna atmaq olmaz. Kişi var ki, gedir, günlərlə evə gəlmir. Ailənin bəzi parametrləri var, onu pozmaq olmaz".
Oxuməni.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva qonaq olduğu "Həmin Zaur" proqramında deyib.
İfaçı vaxtilə övladı olmadığı üçün boşandığını biıdirib:
"Övladım olmadığı üçün ayrılmışam. İndi keçmiş həyat yoldaşım yalvarır ki, barışaq. Hamı məni yaxşı tanıyır, səhv hərəkətim yoxdur. Çörək pulumu qazanıb, otururam. İndi imkanım olsa, müğənnilikdən gedərəm".
Həmin görüntüləri təqdim edirik: