“Məni divara sıxdı, sinəmdən tutdu, zorla...” - Qalmaqal
15 Noyabr 2022 10:29
Azərbaycanlı kikboksçu Zabit Səmədov yenidən rinqə qayıdır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə idmançının özü Oxu.Az-a məlumat verib.
Zabit iyunun 12-də Belarusda rinqə çıxacaq. Artıq onun rəqibi də bəllidir. Bu, Nigeriya əsilli Niderland vətəndaşı olan Olutobi Ayodeci Kalecaiyedir.
“Dəli it” (“Mad Dog”) ləqəbli idmançı MMA döyüşlərinin də iştirakçısıdır. O sonuncu dəfə 2018-ci ilin martın 3-də italiyalı Ernesto Papaya qalib gəlib. Ümumiyyətlə, onun MMA karyerasında səkkiz qələbəsi, altı məğlubiyyəti var.
Qeyd edək ki, Zabit Səmədov Türkiyənin “Kuruluş Osman” serialında Gəncə bəy rolunu oynayır. Serial by ay sezon finalına çıxacağından, Zabit Səmədovun bu döyüşə hazırlaşmaq imkanı olacaq.