İyulun 2-də futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində keçirilən İsveçrə-İspaniya oyununun qalibi penaltilər seriyasında müəyyən edilib.
Mediainfo.az xəbər verir ki, oyunda hesabı İspaniya millisi 8-ci dəqiqədə açıb. Denis Zakariya avtoqola imza atıb. Fasilədən sonra isveçrəlilər hesaba tarazlıq gətirib. Cerdan Şakiri komandasının vacib qoluna imza atıb.
Matçın 77-ci dəqiqəsində İsveçrə yığmasının futbolçusu Remo Froyler qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Görüşün əsas və əlavə edilmiş vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan prineylilər yarımfinala yüksəlib.
***
Avropa çempionatının 1/4 final mərhələsinin daha bir görüşü keçirilib.
Münhendə keçirilən qarşılaşmada Belçika ilə İtaliya millisi üz-üzə gəlib. Görüş italiyanların 2-1 qələbəsi ilə yekunlaşıb. Bununla İtaliya da yarımfinala vəsiqə əldə edib.