Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti qarşılaşması baş tutub.
Oxuməni.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb. O, ən azı gümüş medalı təmin edib. Hacı Əliyev qızıl medal uğrunda qarşılaşmada yapon Takuto Otoquro ilə qarşılaşacaq.
Medal görüşləri sabah gerçəkləşəcək.
Azərbaycan karateçisi Rafael Ağayev isə Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.
O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.
A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.