“Məni divara sıxdı, sinəmdən tutdu, zorla...” - Qalmaqal
15 Noyabr 2022 10:29
UEFA cari mövsümdə avrokuboklarda iştirak edən “Neftçi” və “Qarabağ” klublarına ödəniş edib.
Mediainfo.az xəbər verir ki, UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə qeyd olunan klubların hesabına köçürülüb.
“Qarabağ”a 3 milyon, “Neftçi”yə isə 1 milyon 210 min avro ödənilib.
“Qarabağ” hazırda Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır. Ağdam təmsilçisi ilk oyunda “Bazel”lə qolsuz bərabərə qalıb.
“Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb. “Ağ-qaralar” Çempionlar Liqasında “Olimpiakos”a (Yunanıstan), Avropa Liqasında HJK-ə (Finlandiya), Konfrans Liqasında isə “Makkabi”yə (Hayfa, İsrail) uduzub.