Qazaxıstanın Bakıda “Qarabağ” komandası ilə qarşılaşmadan sonra ölkələrinə qayıdan “Kayrat” komandasının üzvlərinin uçduğu təyyarə Alma-Ata aeroportunda avtomobillə toqquşub.
Mediainfo.az qazax KİV-lərinə istinadən xəbər verir ki, “FlyJet” aviaşirkətinə aid təyyarə aeroporta enərkən yerüstü xidmətə aid “Renault” avtomobili onun qanadını əzib. İnsidentin təfərrüatları araşdırılır. Toqquşmadan sonra sərnişinlər qəza təxliyyəsi üçün bir saata yaxın təyyarədə gözləməli olublar.
İnsidentlə bağlı araşdırma başlayıb. “Flightradar24” saytının məlumatlarına əsasən təyyarə ötən gün axşam Bakıdan uçub və yerli vaxtla 6.43-də Alma-Ata aeroportuna enib.
Təyyarənin məxsus olduğu “FlyJet” aviaşirkətinin adı bundan əvvəl Əfqanıstanın taliblərdən qaçan keçmiş prezidenti Əşrəf Qəninin Dubaya uçması qalmaqalında keçirdi.