“Məni divara sıxdı, sinəmdən tutdu, zorla...” - Qalmaqal
15 Noyabr 2022 10:29
“Fənərbaxça”da portuqaliyalı baş məşqçi Vitor Pereyra dövrü 5 ay davam etdi. Yeni baş məşqçi axtarışında olan sarı-göylərin namizədləri arasında 3 nəfər var.
Mediainfo.az “NTV Spor”a istinadən xəbər verir ki, namizədlər arasından Kənan Koçak və Slaven Biliç siyahının əvvəlində yer alır. Digər namizəd isə İsmayıl Kartaldır.
“Fənərbaxça” rəhbərliyi yeni baş məşqçiyə qısamüddətli müqavilə təklif etməyi düşünür.
Qeyd edək ki, Pereyra bu ilin iyulun 2-dən İstanbul təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb.
"Fənərbaxça" Türkiyə Superliqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.