![“Məni divara sıxdı, sinəmdən tutdu, zorla...” - Qalmaqal](https://www.mediainfo.az/media/2022/11/15/230x135/15-7.jpg)
“Məni divara sıxdı, sinəmdən tutdu, zorla...” - Qalmaqal
15 Noyabr 2022 10:29
Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çempion olub.
Oxuməni.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib.
Babayev rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib. Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.