Nəzərinizə çatdırırıq ki, 26 oktyabr 2022-ci il tarixində saytımızda yayımlanmış “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirində yaranmış qalmaqalla bağlı məsələyə yenidən qayıdırıq. Biz baş verən məlum qalmaqalla bağlı məsələnin nə yerdə olduğunu bilmək üçün yenidən Rüfət Əhmədovla əlaqə saxladıq. Turnirin təşkilatçısı və Azərbaycan komandasının məşqçisi Rüfət Əhmədov redaksiyamıza bildirdi ki, məlum qalmaqalla bağlı İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev ona hədə-qorxu gəlir. Bununla bağlı həmin səs yazısını sizə təqdim edirik:
Hadisədən başa düşmək olur ki, Emil Mirzəyev açıq-aşkar Rüfət Əhmədova hədə-qorxu gəlir. Əksər sözlər rus dilində səsləndiyi üçün dırnaq içərisində səs yazısının tərcüməsini veririk:
Emil Mirzəyev: "Ayə qəhrəman necəsən? Sən deyəsən mənə sataşırsan? Gəl görüşək söhbət edək"
Rüfət Əhmədov: "Nə haqqında danışaq?"
Emil Mirzəyev: "Gəlirəm evinə, düş aşağı".
Rüfət Əhmədov: " Hara gəlirsən, nə haqqında danışaq?"
Emil Mirzəyev: "Borclu deyiləm sənə?".
Rüfət Əhmədov: "Sən mənə deyil, kassaya borclusan. Bunlar fərqli şeylərdir. Sən mənə yox, aparıcıya, komandaya, futbolçulara borclusan,".
Emil Mirzəyev: "Mən uşaqlara pul vəd eləmişəm ki? Sən nə danışdığını bilirsən. Gəlirəm düş aşağı. Sən deyəsən başa düşmədin Mirzəyev kimdir? Düş aşağı başa salacağam".
Nəzərinizə çatdırırq ki, Emil Mirzəyevin bu hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 maddəsinə əsasən hədə-qorxu gəlmə sayılır. Emil Mirzəyev hüquqşünas olduğu üçün bunu yaxşı bilir ki, burada cinayət tərkibi yaranır. Belə baxırıq ki, Mirzəyev deyəsən Azərbaycan dilini yaxşı bilmir. Ona görə də həmin maddənin İsveç Cinayət Məcəlləsindən çıxarışını elə İsveç dilində Mirzəyevə xatırladırıq:
« Brottsbalk (1962:700)
t.o.m. SFS 2022:1043SFS nr: 1962:700
Departement/myndighet: Justitiedepartementet L5
Utfärdad: 1962-12-21
Ändrad: t.o.m. SFS 2022:1043
Övrig text: Rättelsesida 2019:310 har iakttagits.
Ändringsregister: SFSR (Regeringskansliet)
Källa: Fulltext (Regeringskansliet)
4 kap. Om brott mot frihet och frid
1 § Den som bemäktigar sig och för bort eller spärrar in ett barn eller någon annan med uppsåt att skada honom eller henne till liv eller hälsa eller att tvinga honom eller henne till tjänst eller att öva utpressning, döms för människorov till fängelse på viss tid, lägst fyra och högst arton år, eller på livstid»
PS. Xatırladırıq ki, bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə Emil Mirzəyev Gürcüstan əsillidir. Hazırda müvafiq qurumlara sorğu göndərmişik, sorğunun nəticəsindən asılı olaraq Mirzəyevin əsil kimliyi barədə növbəti yazılarımızda aydın şəkildə məlumat verəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.