Yunanıstan Basketbol Federasiyasının keçmiş baş katibi Panayotis Tsaqkronis zorlama, cinsi təcavüz və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə məhkəməyə verilib.
Mediaifo.az xəbər verir ki, iş qurumun əməkdaşlarından birinin şikayətindən sonra başlanıb.
Əvvəlcə o, baş verənlər barədə federasiyanın özünə şifahi məlumat verdi, lakin təşkilat heç bir tədbir görmədikdən sonra 44 yaşlı qadın Yunanıstanın Mədəniyyət və idman nazirinin müavini ilə əlaqə saxlayıb. Bundan sonra iş məhkəməyə verilib. Qadının sözlərinə görə, ilk insident 2014-cü ildə 20 yaşadək basketbolçular arasında Avropa çempionatı zamanı federasiya nümayəndələrinin Kritə səfəri zamanı baş verib.
Nahardan sonra qadın otel otağına qayıdıb, bundan sonra qapı döyülüb: “Tsaqronis içəri girən kimi şalvarını və alt paltarını aşağı çəkərək cinsi orqanını mənə göstərdi. O, məni divara sıxdı, sinəmdən tutdu, zorla dodaqlarımdan öpməyə çalışdı, vulqar ifadələr işlədib, mənimlə cinsi əlaqədə olacağını söylədi. Bir anlıq donub qaldım və necə reaksiya verəcəyimi bilmədim. O, alt paltarımı çıxarmağa çalışaraq sinəmə və budlarıma şiddətlə vurmağa davam etdi. Qışqırırdım deyə, gec-tez bizi eşidəcəklərini anladı və məni hədələyərək dedi: “Heç kimə heç nə deməmək sizin xeyrinizədir”.
Sonra otağı tərk etdi”. Qadının iddiasına görə, ikinci hadisə 2018-ci ildə baş verib. Tsaqkronis bütün ittihamları rədd edir və yalan danışdığını iddia edir: "Biz onu 2019-cu ildə Kritə aparmadıq deyə, birdən-birə, guya 2014-cü ildə baş vermiş hadisə yadına düşdü”.Publika.az